Dəmir yolu stansiyasında avtomatlı şəxs saxlanıldıbackend

Dəmir yolu stansiyasında avtomatlı şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsi Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz st. Xətt Polis Şöbəsinin və Yalama st. Xətt Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Akşin Qasımov ADY QSC-nin Xudat stansiyasının ərazisində saxlanılıb.

Bu barədə KONKRET.az-a DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Bildirilib ki, hal şahidlərinin iştirakı ilə üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanaraq götürülüb.

A.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun Xudat stansiyası ərazisində odlu silah gizlətdiyi də müəyyən edilib və həmin əraziyə keçirilən baxış zamanı dəmir yolu kənarında yerləşən yarımtikilidən bir ədəd AKSU markalı avtomat, bir ədəd daraq və 20 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Xaçmaz st. Xətt Polis Şöbəsində araşdırmalar aparılır.

Loading...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*