“Deputat 3800 manata yaxın vəsait alır, amma xərci çoxdur” – Vahid Əhmədovbackend

“Deputat 3800 manata yaxın vəsait alır, amma xərci çoxdur” - Vahid Əhmədov

“Deputatlar 5-6 min manat maaş almırlar. Maaşımız təxminən 3800 manata yaxındır. Hər Qubaya gedib-gələndə 1000 manat pul xərcləyirəm, qəbula gələnlər olur…”

KONKRET.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Vahid Əhmədov bildirib.

“Deputatın maaşını hallandırmaq düzgün deyil. Əlbəttə ki, aşağı təbəqəyə nisbətən maaş yüksəkdir. Amma xərclərimiz çoxdur. Hamının maaşı yüksək olmalıdır. Niyə pensiya 300, müavinət 130 manat olmalıdır? Artırmaq lazımdır” – V.Əhmədov qeyd edib.

  • Garachanta
    Noyabr 19, 2021 - 22:14

    bu deputatlar bəs niyə soruşmurlar ki neft-qaz ölkəsi olan bu torpaqlar hansı səbəbdən zavodlar və fabriklər yəni yeni texnologiyalar ölkəsinə çevrilmir (Özbəkistan kimi)

  • Rustem
    Noyabr 20, 2021 - 10:06

    Mən 7 ildi o pulu yığıb bir nolaltı ala bilmirəm bu hər ay onu alır
    Hələ azdıda deyir

  • HƏRBİ PENSİYAÇI
    Noyabr 20, 2021 - 13:07

    Vahid müəllim. Mən Sizi bir əadalətli danışmağa cəhd edən deputat kimi tanıyıram. Etraf edirsiniz ki, 3800 manat məvacib çatmır. Bəs 200-300 manat alan adamlar necə dolansın? Ərzaq xərci gəlirin 90 faizini aparır. Ölkədə parlamentin, nazirlər kabinetinin mövcudluğu hiss oıunmur. Hamı gözləyir ki, Möhtərəm cənab Prezident nəyə deyıcək. O ki qaldı Garaçantının dediyinə, bəli onunla məndə razıyam. Bizim iqtisadiyyat hələ holland sindromumu yaşayır. Bəs nə vaxta qədər iqtisqdiyyat neft satmaqla vəzifəsini bitmiş hesab edəcək. Nə vaxt rayonlarda müasir, dünya bazarına çıxı olan zavod, fabrik və s. tikiləcək? Vaxt gələcək neft də tükənəcək, satmağa yox almağa məcbur olacacağıq. O gün tarix meyarı ilə çox uxaqda deyil. Bunlar tək Möhtərəm Prezidentin vəzifəsidir. Allah özü bizim respublikanım köməyi olsun.

  • Samir Kamilov
    Noyabr 20, 2021 - 17:35

    Bizim ölkədə məmurlar, nazirlər və deputatlar özləri üçün yaşayırlar. Onların heç biri xalqı düşünmür.
    “Tək mən tox olum, yadlar ilə nədir karım?
    Cümlə cahan batsada batsın nə işim var.”
    Bu siyasətlə yaşayırlar. Allah qorusun milləti. Millətin 70% səfil vəziyyətdə yaşayır. 30% kef içində. Millət açından ölür. Biri deputatın kirayə pulundan danışır, biri maaşdan, biri maşından.
    Milləti fikirləşən yoxdur. Allahın ətəyindən tutub gedirik. Allah özü qorusun.

Samir Kamilov üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*