Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildibackend

Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi

Paytaxtın Xətai rayonunda kafelərin birində “Ceyhun Sabunçu” ləqəbi ilə tanınan Ceyhun Mirağayevin ölümü ilə nəticələnən kütləvi davanın iştirakçıları hakim qarşısına çıxarılıb.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, ölümlə nəticələnən kütləvi davada iştirakçı olan millət vəkili Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə də Xətai Rayon Məhkəməsinə gətirilib.

Məhkəmənin qərarına əsasən, Əhməd Əlizadə barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisənin baş verdiyi ərazidə görüşü deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə təşkil edibmiş.

Onun məqsədi aralarında münaqişə olan tərəfləri barışdırmaq olub.

Əhməd Əlizadənin atası A.Əlizadə Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Azərbaycan Milli İstiqlal Partiyasının sədridir, qardaşı Orxan Əlizadə isə Xətai Rayon Məhkəməsində hakimdir.

Xatırladaq ki, hadisə “Ab-hava” restoranında qeydə alınıb. Kütləvi dava zamanı “Ceyhun Sabunçu” adı ilə tanınan Ceyhun Mirağayev bıçaqlanaraq qətlə yetirilib.\\unikal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*