“Söyüş eşidəndə qıcıqlanmıram. Bu, işlənmə yerinə baxır. Görürsən ki, yaşlı bir kənd qadınıdır. Onun söyüş söyməyi mənim xoşuma gəlir. Məsələn, nəvəsini söyür, ekzotik bir şeylər alınır”.
KONKRET.az pravda.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa “Həftənin qonağı” verilişində deyib.
“Yoldan keçəndə iki məktəbli bir-biri ilə söyüşlə danışanda ədəbsizlikdir. İctimaiyyət arasında insanlar bir-biriləri ilə öz xarakterləri üzərindən yox, başqasının dəyərlərinə hücum etməmək, hörmət göstərmək üzərindən yanaşmalıdırlar. Kiminsə tərbiyəsi aşağı səviyyədə ola bilər, bunu evdə ört-basdır edə bilərsən. Bu, siqaret çəkmək kimi bir şeydir. Mən siqaret çəkən deyiləm, amma sən mənim yanımda siqaret çəkirsənsə, deməli, ədəbin aşağıdır. Qanun da qadağan edib. Mənə ziyan vurduğun həddə sənə etiraz haqqım yaranır. Futbola gedib qışqıra bilərsən, amma yanında qadın, uşaq varsa, söyüş söyəcəksənsə, sabah o qadın stadiona gəlməyəcək”, – deputat bildirib.