Deputatdan pensiyalarla bağlı müjdəbackend

Deputatdan pensiyalarla bağlı müjdə

Gələn il pensiyanın minimum məbləği artacaq.

KONKRET.az APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihələrinin üçüncü oxunuşda müzakirəsi zamanı komitənin sədri Musa Quliyev deyib.

Musa Quliyev pensiyaların sığorta hissəsinin artacağını da bildirib: “Gələn ilin əvvəlində bütün pensiyaçıların pensiyalarının sığorta hissəsi təxminən 9 % artacaq”.

Komitə sədri qeyd edib ki, DSMF-nin və İSF-nin büdcəsində gələn il üçün artımlar var: “Gələn il üçün olan artımlar imkan verəcək ki, bizim sosial müdafiəyə ehtiyacı olan vətəndaşlarımız, şəhid ailələrimiz, qazilərimizin daha çox sosial rifahları təmin olunsun.

İSF-nin gələn il üçün nəzərdə tutulan büdcəsinin 50%-i aktiv məşğulluğa yönləndiriləcək”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*