Dərbəndli Fətulla Sankt-Peterburqda ukraynalı lal-karları nədən bıçaqladı?backend

Dərbəndli Fətulla Sankt-Peterburqda ukraynalı lal-karları nədən bıçaqladı?

Dağıstan sakini Sankt-Peterburq şəhərinin metrosunda iki nəfəri bıçaqlayıb. Buna səbəb dağıstanlının önündəki iki nəfərdən vaqondan çıxıb-çıxmamalarını soruşması, onların isə ona cavab verməməsi olub. Heç demə, həmin şəxslər Ukraynadan gəlmiş lal-karlar imiş.

Konkret.az Rusiya mediasına istinadla xəbər verir ki, hadisə iyulun 19-dan 20-nə keçən gecə, “Puşkinskaya” metrostansiyasında baş verib. Dağıstanın Dərbənd şəhərindən olan 36 yaşlı Fətulla adlı şəxs əvvəlcə lal-karlardan birinə iki, sonra o birinə bir bıçaq zərbəsi vurub.

26 yaşlı yerli gənc zərərçəkənlərin köməyinə çatıb, Fətullanın bıçağını vurub əlindən salıb, sonra onu dartıb perrona çıxarıb. Burada polis işçiləri dərbəndlini saxlayıblar. Yaralılar isə Mariinsk xəstəxanasına aparılıb. Orada onları əməliiyat ediblər.

Məlumat verilir ki, Fətullah bundan əvvəl də bədənə orta ağırlıqda xəsarət yetirdiyi və hakimiyyət nümayəndələrinə zorakılıq tətbiq etdiyi üçün həbsxanada yatıb. O, Sankt-Peterburqa 2016-cı ildə gəlib, tikintidə işləyib, bir həftə öncə işdən azad olunub. Fətullanın arvadı və bir uşağı Dərbənddə yaşayır.

Hadisə şahidləri bildiriblər ki, hadisəni törədən vaxt o, içkili olub.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*