Dilan Polat yenə saxlanıldı – Tutulma anı – Videobackend

Dilan Polat yenə saxlanıldı - Tutulma anı - Video

Türkiyəli məşhur sosial şəbəkə fenomeni Dilan Polat saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məlumata görə, o, ölkə prezidentini təhqir etməkdə təqsirləndirilir.

Qeyd olunur ki, Anadolu Baş Prokurorluğu tərəfindən sosial mediada yayılan bir görüntü əsasında Dilan Polat haqqında “Prezidenti təhqir etmə” ittihamı ilə araşdırma başladılıb. Aparılan istintaq tədbirləri çərçivəsində saxlanılan fenomen ifadəsinin alınması məqsədilə ədliyyə binasına aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*