DİN-dən Kəramətin tutulması ilə bağlı AÇIQLAMA – YENİLƏNİBbackend

DİN-dən Kəramətin tutulması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB

Daxili İşlər Nazirliyi yazıçı Kəramət Böyükçölün saxlanılmasına münasibət bildirib.

DİN Mətbuat Xidmətindən KONKRET.az-a bildirilib ki, K. Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək deyiblər ki, iki gündür həmin mənzildən səs-küy gəlir:

“Bu hal qonşuları ciddi narahat edib. Onlardan biri bir dəfə qapını döyərək sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb. Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”.

***
17:01

Gənc yazar Kərmaət Böyükçöl polis əməkdaşları tərəfindən saxlanılıb.

KONKRET.az xəbər verir ki, yazıçı sosial şəbəkə hesabında canlı yayım edərkən polislər onun evinə daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı “BakuPost”a açıqlamasında bildirib ki, hələlik deyiləsi hər hansı bir informasiya yoxdur, olan kimi ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, K.Böyükçölün qonşuların şikayəti əsasında saxlanıldığına dair məlumatlar var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*