DİQQƏT: Ata övladından yalnız bu halda imtina edə bilər…backend

DİQQƏT: Ata övladından yalnız bu halda imtina edə bilər...

“Ata yalnız bir halda övladından imtina edə bilər. Bilinsə ki, həmin uşaq bioloji olaraq ondan deyil, bu halda həmin addımı atması mümkündür”.

Bu barədə KONKRET.az-a açıqlamasında hüquqşünas Turan Abdullazadə məlumat verib. Onun sözlərinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq nikah pozulduğu vaxtdan və ya atanın ölümündən sonra 300 gün ərzində doğularsa, onun atası ananın keçmiş əri hesab olunur.

Vəkil Turan Abdullazadə Ad gününüz mübarək! » XeberTime.Az

“Bu o deməkdir ki, ata öz bioloji övladından qanunla imtina edə bilməz. Hətta başqa bir şəxs çıxıb desə ki, bu uşaq mənim deyil, amma onun atası kimi qeydə alınmağa razıyam, yenə də uşağın bioloji atası bu hüquqdan məhrum edilmir və övladlıq münasibətləri qalır”, – hüquqşünas bildirib.

O, əlavə edib ki, ata yalnız uşağın ondan olmadığı faktını sübut etməklə övladından imtina edə bilər. Bunun üçün həmin şəxs məhkəməyə müraciət etməli və atalıq faktının müəyyən olunması üçün DNT ekspertizasından keçməlidir.

“Əgər DNT testinin nəticələrinə görə, kişinin bioloji ata olmadığı təsdiqlənsə, o zaman həmin şəxs aliment ödəməkdən, uşağa öz soyadını verməkdən və digər hüquqlardan da imtina edə bilər”, – deyə Turan Abdullazadə qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*