DİQQƏT: Avtobuslar 24 saat xidmət göstərə bilər… – Yalnız bu haldabackend

DİQQƏT: Avtobuslar 24 saat xidmət göstərə bilər... - Yalnız bu halda

London, Nyu-York və Berlin kimi şəhərlərdə ictimai nəqliyyatın 24 saat fəaliyyət göstərməsi artıq illərdir ki, tətbiq olunan praktikadır. Maraqlıdır, bu model Azərbaycanda da mümkün ola bilərmi?

Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev KONKRET.az-a açıqlamasında bildirib ki, hələlik ölkəmiz üçün belə bir addım tezdir:

Benzin və dizelin qiymətinin artacağı ilə bağlı yayılan fikirlərə NÖQTƏ  QOYULDU - MÜHÜM AÇIQLAMA | KONKRET

“O şəhərlər kimi bizdə gecə həyatı yoxdur. Elə təbəqə insanlar var ki, onlar gecə fəaliyyət göstərirlər, amma bu, çox az hissədir. Gecə saat 12-yə qalmış metrodan demək olar ki, tək-tük insanlar istifadə edir. Ümumiyyətlə, şəhərdə də ictimai nəqliyyata ciddi ehtiyac qalmır”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, gələcəkdə Avropaya inteqrasiya fonunda bu istiqamətdə dəyişikliklər baş verə bilər:

“Bunu gələcək göstərəcək. Ola bilər ki, bir müddət sonra bizdə də bu sahədə dəyişiklik olsun. O zaman gecə ictimai nəqliyyatın işləyib-işləməməsi qərarına baxmaq olar. Amma tibbin də dediyi kimi, insan gecə yatıb, gündüz işləməlidir. Gecə həyatı əslində o qədər də yaxşı bir şey deyil”, – Mustafayev vurğulayıb.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*