DİQQƏT: Bu şəxslərə əlavə əməkhaqqı ödənilməlidir – MÜHÜM AÇIQLAMAbackend

DİQQƏT: Bu şəxslərə əlavə əməkhaqqı ödənilməlidir - MÜHÜM AÇIQLAMA

“Bayram günlərində işçilərin işə cəlb olunması məsələsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 107-ci maddəsinə uyğun şəkildə tənzimlənir. Həmin maddəyə əsasən, istirahət, səsvermə və iş günü hesab edilməyən digər vaxtlarda işçilərin işə cəlb olunması yolverilməzdir. Əgər belə hallara ehtiyac yaranarsa, işçilərin razılığı mütləq şəkildə alınmalı və müəssisə tərəfindən bu barədə daxili əmr verilməlidir”.

Bu fikirləri hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında səsləndirib:

Hüquqşünas Ramil Süleymanov: “Sumqayıtda söküntü aparan şirkət sakinləri  qorxudur” | Sumqayit24.az

“Lakin bəzi sahələr bu qaydadan istisnadır. Belə ki, dövlət müdafiəsinin təmin olunması, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması, su, qaz və elektrik enerjisi ilə təchizat, rabitə və kommunal xidmət sahələri, həmçinin ticarət və ictimai iaşə müəssisələrinin əməkdaşları bayram günlərində işə cəlb oluna bilərlər”.

Vəkil qeyd edib ki, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram və ümumxalq hüzn günlərində işə cəlb olunan əməkdaşlara aşağıdakı qaydada əməkhaqqı ödənilməlidir:

-Əgər əməkhaqqı vaxtamuzd (saatlıq və ya gündəlik) qaydada hesablanırsa , tarif maaşının ən azı iki misli məbləğində;

Əməkhaqqı işəmuzd (görülən işə görə) hesablanırsa, işəmuzd qiymətinin ən azı iki misli həcmində;

-Aylıq maaş alan işçilərə isə, aylıq iş normasına uyğun hesablanmış gündəlik əməkhaqqının ən azı iki misli miqdarında ödənilməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*