DİQQƏT: Bu şəxslərin dəfn və yas xərclərini bələdiyyələr qarşılaya bilərbackend

DİQQƏT: Bu şəxslərin dəfn və yas xərclərini bələdiyyələr qarşılaya bilər

Dəfn və yas mərasimlərinin xərclərinin bələdiyyələr tərəfindən qarşılanıb-qarşılanmaması məsələsi cəmiyyətdə tez-tez müzakirə olunur. Bəs görəsən, bu xərclərin bələdiyyələr tərəfindən ödənilməsi mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, bununla bağlı bələdiyyələrin heç bir məcburiyyəti yoxdur:

Hüquqşünas Tağı Hüseynov: "Qadın corabımı geydirməli, ayaqqabımı  təmizləməlidir" Pravda.az

“Xüsusi kateqoriyalı insanlar, müharibədə şəhid olanlar, milli qəhrəmanlar və bəzi dövlət qulluqçuları üçün istisnalar mümkümdür. Onların dəfn və yas mərasimləri dövlət büdcəsindən qarşılanır. Lakin bələdiyyələrin vətəndaşların dəfn və ya yas xərclərini ödəməsi barədə qanunvericilikdə heç bir müddəa yoxdur”.

Hüquqşünasın sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən, bələdiyyələrə bu istiqamətdə öhdəlik verilmir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*