DİQQƏT: İş yerini dəyişən vətəndaşın kredit borcu necə ödənilməlidir?backend

DİQQƏT: İş yerini dəyişən vətəndaşın kredit borcu necə ödənilməlidir?

Son dövrlər iş yerini dəyişən vətəndaşlar kredit ödənişlərində müəyyən problemlərlə üzləşdiklərini bildirirlər. Belə ki, əməkhaqqının ödəniş tarixi dəyişdiyi halda onlar banklardan kredit müqaviləsinin yenilənməsini tələb edirlər. Maraqlıdır, belə hallarda əlavə faiz və ya cərimənin tətbiqi hansı qanuni əsasla həyata keçirilir və kredit müqaviləsində əməkhaqqı tarixinin dəyişməsi kimi hallar üçün xüsusi bənd nəzərdə tutulmalıdırmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, hər şey bağlanmış müqavilənin şərtlərinə əsasən həyata keçirilir:

Minimum əmək haqqı bu qədər artırılacaq - Xalid Kərimli açıqladı | news365.az

“Qanuna görə vətəndaş bankla müqavilə bağlayır və həmin müqavilədə kreditin ödəniş tarixi dəqiq göstərilir. Vətəndaş o tarixdə ödəniş etməlidir. Əgər gecikmə olarsa, bank müqavilə şərtlərinə əsasən cərimə və əlavə faiz hesablayır. Bu, tam qanunidir və ölkə qanunvericiliyinə uyğundur”.

Ekspertin sözlərinə görə, vətəndaş yalnız bankla müraciət edib müqavilənin şərtlərinə yenidən baxılmasını xahiş edə bilər, lakin müqaviləni birtərəfli qaydada dəyişmək hüququ yoxdur:

“Əgər vətəndaş əməkhaqqı tarixinin dəyişməsi səbəbindən ödənişi vaxtında hamısı edə bilmirsə, bankın səlahiyyətindədir ki, bu tarixi dəyişsin və ya yox. Kredit götürülərkən bu kimi hallar əvvəlcədən nəzərə alınmalı, uyğun ödəniş tarixi müəyyən edilməlidir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*