DİQQƏT: Ramazanda bu cür qidalansanız sağlam olacaqsınızbackend

DİQQƏT: Ramazanda bu cür qidalansanız sağlam olacaqsınız

“Ramazanda məqsəd az yeməkdən çox, düzgün qidalanmaqdır. Gün ərzində itirdiyimiz mayeni və enerjini iftarla sahur arasında rahat şəkildə bərpa etməliyik. Ən çox problemi bu qayda pozulanda müşahidə edirik. İftarda tələsirik, sahuru buraxırıq, suyu bir dəfəyə içməyə çalışırıq. Sahur üçün əsas məsələ gün ərzində tez acdıran qidalar yox, bizi tox tutan qidalar qəbul etməkdir. Yumurta, az duzlu pendir, yoqurt, kəsmik kimi zülal tərkibli, tərəvəz, göyərti, yulaf, tam taxıl çörəyi kimi lifli və bir az faydalı yağ bir yerdə olanda toxluq daha uzun davam edir. Çox şirin, çox duzlu, çox ədviyyəli sahur isə bir çox adamda gün ərzində susuzluğu və halsızlığı artırır”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında qida məsələləri üzrə ekspert Asim Vəliyev bildirib.

Valideynlərə XƏBƏRDARLIQ: Bu yeni il hədiyyələrini qətiyyən almayın, əks halda… Ekspert Asim Vəliyev AÇIQLADI: - Sağlam Qida

“İftar zamanı ən böyük problem birdən-birə çox yeməkdir. Gün boyu ac qalan mədə bir anda ağır porsiya qəbul edəndə yanma, köp, ağırlıq və yuxu halı baş verir. Ona görə iftarı mərhələli açmaq daha rahatdır. Əvvəl qurtum-qurtum su, istəyə görə 1-2 xurma və ya yüngül şorba, sonra 10-15 dəqiqə fasilə verərək əsas yeməyə davam edə bilərik. Namaz qılanlar fasilə zamanı axşam namazlarını qıla bilərlər. Bu qısa fasilə toxluq siqnalını çatdırır və porsiyanı avtomatik azaldır. Ardınca əsas yemək zülal mənbəyi ət, toyuq, balıq və ya paxlalı qidalar, salatlar, yanında kiçik porsiya düyü, bulgur, qarabaşaq və ya az miqdarda çörək ola bilər”.

A.Vəliyev qeyd edir ki, şirniyyat da Ramazanda ən çox ağırlaşdıran məqamlardan biridir.

“Çox adamda şirniyyatı iftarın dərhal ardınca yox, bir az sonra və kiçik porsiya ilə yemək daha yüngül keçir. Alternativ kimi meyvə, ya qatıq kimi sadə desertlər də işə yarayır.
Maye məsələsi ayrıca önəmlidir. Susuzluğu iftarda bir dəfəyə çox su içməklə həll etmək çətindir. Suyu iftarla sahur arasında hissə-hissə içmək daha yaxşı təsir edir. Qazlı və çox şəkərli içkilər bəzən şişkinlik yaradır, susuzluğu da azaltmır. Çay-kofe isə ölçüdən çıxanda bəzi insanlarda susuzluğu artıra bilər”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*