DİQQƏT: Sağlam olmaq istəyirsinizsə, bu peyvəndləri vurdurunbackend

DİQQƏT: Sağlam olmaq istəyirsinizsə, bu peyvəndləri vurdurun

Payız mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq, Səhiyyə Nazirliyi tərəfindən Azərbaycana qrip virusu əleyhinə peyvəndlər gətirilir. Maraqlı suallardan biri isə bu peyvəndlərin gələcəkdə məcburi olub-olmaması məsələsidir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, Azərbaycanda qrip peyvəndləri indiyədək heç vaxt məcburi olmayıb:

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

“Çünki qrip qısa müddətli olub və ölkədə iqtisadi proseslərə, əhalinin ümumi durumuna ciddi təsir göstərməyib. Buna görə də onun məcburi tətbiqinə ehtiyac duyulmur. Amma son dövrlərdə bəzi xəstəliklər fonunda qrip daha ağır fəsadlarla müşahidə olunmağa başlayıb. Bəzi xəstələrdə qrip digər insanlarla müqayisədə fərqli və ağır keçir”.

Həkimin sözlərinə görə, qripə qarşı peyvəndlərin tətbiqi məcburi olmasa da, onların istifadəsi insanların sağlamlığı üçün faydalıdır:

“Qrip peyvəndi edən şəxslərdə xəstəliyin gedişi yüngül olur. Digər tərəfdən, əgər peyvəndlər dövlət tərəfindən gətirilirsə, bu, büdcə hesabına həyata keçiriləcək və vətəndaşlar üçün pulsuz olacaq. Pulsuz və xeyirli bir şeydən istifadə etmək lazımdır ki, insanlar sağlam həyat sürsünlər”.

Rasif Bağırov həmçinin qeyd edib ki, bəzi hallarda peyvəndlər əleyhinə aparılan təbliğat insanların tərəddüdünə səbəb olur:

“Xüsusən müsəlman ölkələrində belə təbliğat daha çox aparılır. İnsanlarda şübhə yaradılır ki, guya Avropa xalqları peyvəndlərlə müsəlmanları qırmaq istəyir. Bu, absurd düşüncədir. Əksinə, peyvəndlər insanı qoruyur. Necə ki, uşaqlar məsuliyyətlə peyvənd olunur, eyni qaydada böyüklər də qrip əleyhinə peyvənd vurdursa, daha sağlam olarlar”.

Terapevtin sözlərinə görə, qrip virusu bəzən ürək çatışmazlığı, oynaq və böyrək xəstəliklərini də stimullaşdırır:

“Bu səbəbdən qrip peyvəndi xüsusilə risk qrupunda olan insanlar üçün çox vacibdir”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*