Sentyabrın 1-dən məktəbəqədər təhsil müəssisələrində qrupların komplektləşdirilməsi məqsədi ilə növbəyə yazılma prosesi müvəqqəti olaraq dayandırılır.
Bu barədə KONKRET.az-a MÜTDA-dan məlumat verilib.
Qrupların komplektləşdirməsi prosesi 1-15 sentyabr tarixlərini əhatə edəcək. Komplektləşdirilmə prosesi yekunlaşdıqdan sonra isə uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu il boyu davam etdiriləcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi bq.edu.az portal vasitəsi ilə elektron formada həyata keçirilir.
Qeydiyyat prosesində boş yer olaraq göstərir lakin, təhsil nazirliyindən məlumat verilib ki ,sistemde yalnışlıq var ,boş yer yoxdur. Salyan rayon Kərimbəyli kəndi bağçası
Salam bəs uşaq oktayrda hazirliga gedirsə niyə 1 ay ondan əvvəl bağçadan çıxarılmalıdır