Dərbənddə diş həkimini öldürüb hadisə yerindən qaçan “xəstə” saxlanılıb.
KONKRET.az yerli mətbuata istinadən bildirir ki, insident bu gün səhər saat altı radələrində baş verib. Dişi ağrıyan kişi gənc stomatoloqun evinə gəlib və kömək istəyib. Gənc həkim pasiyenti iki saatdan sonra işlədiyi klinikaya dəvət edib, yəni gözləməsini istəyib. Çox güman ki, diş ağrısının təsirindən “qonaq” üstündə olan bıçağı çıxarıb və həkimi vurub.
Aldığı zədədən stomatoloq yerindəcə keçinib, onu vuran kişi isə hadisə yerindən qaçıb, amma tərtib olunmuş fotorobotun köməyilə isti izlərlə saxlanılıb və istintaqa təhvil verilib.