DTX-nin saxladığı Hacı İlqar SƏRBƏST BURAXILDI – YENİLƏNİBbackend

DTX-nin saxladığı Hacı İlqar SƏRBƏST BURAXILDI - YENİLƏNİB

Tanınmış ilahiyyatçı Hacı İlqar İbrahimoğlu sərbəst buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə özü məlumat verib.

Dünən saxlanılan İ.İbrahimoğlu şahid qismində dindirildikdən sonra gecə saatlarında sərbəst buraxılıb. O bildirib ki, xüsusi xidmət orqanında onunla çox peşəkar davranıblar və araşdırılan mövzu ilə bağlı sualları cavablandırıb.

***

01:34
Dövlət Təhlükəsizliyi Xidməti 5 nəfəri həbs edib.

KONKRET.az-ın əldə etdiyi məlumata görə, Hacı İlqar İbrahimoğlu Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Daha sonra “Maide.az” saytının baş redaktoru Təmkin Cəfərov saxlanılıb.

Aldığımız son məlumata görə, daha 3 nəfər Hizbullahci həbs olunub.

Ümumilikdə 5 nəfər saxlanılıb:

İlqar İbrahimoğlu,
Sərdar Babayev,
Cəlal Şəfiyev,
Qadir Məmmədov
Jurnalist-Təmkin Cəfərov.

Mənbələr bildirirlər ki, hazırda Azərbaycanın xüsusi xidmət orqanları Sumqayıt, Quba, Dəvəçi və Masallı şəhərlərində təmizləmə işləri aparır.

Əlavə məlumat veriləcək.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*