Dünya bazarında neft qiymətləri 3%-dən çox artıb.
KONKRET.az xəbər verir ki, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 3,55 dollar və ya 3,14% artaraq bir barel üçün 116,72 dollara yüksəlib.
ABŞ-ın “WTI” markalı neftinin dekabr fyuçersləri isə 3,80 dollar və ya 3,82% bahalaşaraq 103,27 dollara çatıb.
Analitiklər qeyd edirlər ki, neftin bahalaşmasının əsas səbəbi Yaxın Şərqdə geosiyasi gərginliyin artmasıdır.
