Əməkdar artist Ədalət Şükürovun Xalq artisti Həmidə Ömərova ilə rəqsi sosial şəbəkələrdə gündəm olub.
KONKRET.az xəbər verir ki, aparıcı Şəhriyar Əbilovun doğum günündə ifa edən sənətçi aktrisanı qolundan tutaraq rəqsə dəvət edib. Bundan sonra Şükürov bahalı pencəyini H.Ömərovanın ayaqları altına sərib.
Onun bu addımı digər məşhurlar tərəfindən alqış və coşqu ilə qarşılanıb. Daha sonra Şəhriyar Şükürovun pencəyini yerdən götürüb və onlarla bərabər rəqsə davam edib. Ədalət Şükürov həmin anları sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.//Olay