Efirə ayaqyalın çıxdı – Səbəb bu imiş… + VİDEObackend

Efirə ayaqyalın çıxdı - Səbəb bu imiş... + VİDEO

Hollivud ulduzu Ancelina Coli uzun fasilədən sonra Cimmi Fallonun məşhur “The Tonight Show” proqramına qonaq olub.

KONKRET.az xəbər verir ki, aktrisa efirə ayaqyalın çıxaraq hər kəsi təəccübləndirib. Aparıcı Cimmi Fallon Coliyə zarafatla “Ayaqqabını unutmusan?” deyə sual verib. Ulduz isə bu addımının səbəbini belə izah edib:

“Ayaq barmağımı sındırmışam və rahat ayaqqabı tapmağa çalışdım, amma sonra fikrimi dəyişdim.”

49 yaşlı aktrisa, eyni zamanda, bu cür proqramlarda həmişə narahat və əsəbi olduğunu etiraf edib. Bu, Colinin son 10 ildə qatıldığı ilk tok-şou olması ilə diqqət çəkib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*