Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQbackend

Əhaliyə bu tarixlərlə bağlı XƏBƏRDARLIQ

İyun ayının ilk günlərində Günəş aktivliyinin artması səbəbindən geomaqnit sahəsində dəyişikliklər gözlənilir.

KONKRET.az xəbər verir ki, mütəxəssislərin proqnozuna görə, 1 iyunda maqnit sahəsi sakit (2-3 K-indeks) olacaq.

2 iyunda aktivlik 4 bala yüksələrək həssas insanlarda yüngül baş ağrısı və yuxu pozğunluqlarına səbəb ola bilər.

Ən gərgin gün 3 iyun hesab olunur. Həmin gün 5-6 bal gücündə maqnit qasırğası proqnozlaşdırılır ki, bu da meteohəssas insanlarda təzyiq dəyişiklikləri və halsızlıq yarada bilər.

4 iyunda qasırğa zəifləsə də, aktivlik 4 bal səviyyəsində qalacaq. 5 iyunda isə geomaqnit sahəsinin yenidən sabitləşəcəyi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*