Eldar Namazov Mehdiyevin məhkəməsindəbackend

Eldar Namazov Mehdiyevin məhkəməsində

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

KONKRET.az lent.az-a istinadla xəbər verir ki, Prezident Aparatının Katibliyinin keçmiş rəhbəri Eldar Namazov Ramiz Mehdiyevin məhkəməsinə qatılıb. Daha sonra o, məhkəmə binasını tərk edib.

Qeyd edək ki, mediada politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədovun istintaq çərçivəsində şahid qismində dindirilməsi barədə xəbər yayılmışdı.

Xatırladaq ki, Ramiz Mehdiyev barəsində 2025-ci ilin oktyabrında Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanıb. Ramiz Mehdiyevə Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274-cü (dövlətə xəyanət) və 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddələri ilə ittiham verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*