Elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirildibackend

Elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirildi

Təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Tarif Şurası məlumat yayıb.

Əhali üzrə aylıq istehlak həcmi:

– 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;

– 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;

– 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:

– 65% abonent üzrə – 45 qəpik,

– 20% abonent üzrə – 1 manat 33 qəpik,

– 15% abonent (daha çox istehlak edən) üzrə – 5 manat 61 qəpik.

Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə – 0,4 qəpik (5%) artırılır.

İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt saat elektrik enerjisinin tarifi – 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.

Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.

Elektrik enerjisi üzrə tariflərin müqayisəsi

Göstəricilər Tariflər (qəpik / kVts, ƏDV ilə)
Əvvəlki Yeni
1. Elektrik enerjisinin təchizatı
1.1. Əhali
1.1.1. aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8,0 8,4
1.1.2. aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9,0 10,0
1.1.3. aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13,0 15,0
1.2. Qeyri-əhali
1.2.1. ticarət və xidmət 11,0
1.2.2. digərləri* 10,0 12,5
1.2.3. sənaye və kənd təsərrüfatı 10,0 10,6
1.3. Birbaşa 35 və 110 kV-luq xətlərlə həyata keçirilən, gün ərzində yük tələbatı stabil olan, istehsal məqsədləri üçün orta aylıq enerji istehlakı 5 milyon kVts-dan az olmayan alüminium sənayesi və ferrosilisium istehsalı sahəsi
1.3.1. gündüz vaxtı (saat 08.00-dan 22.00-a qədər) 6,4 7,0
1.3.2. gecə vaxtı (saat 22.00-dan 08.00-a qədər) 3,1 3,4

Qeyd edək ki, qeyri-əhali istehlakçıları üzrə struktur bölgüsü dəyişdirilib. Əvvəl “digərləri” qrupuna “Ticarət və xidmət”dən başqa bütün istehlakçılar daxil idi, yeni qərarda isə “digərləri” qrupuna “Sənaye və kənd təsərrüfatı”ndan başqa bütün istehlakçılar aiddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*