Ələt qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Ələt qəsəbəsində “Mercedes” markalı minik avtomobili yolu keçən iki piyadanı vuraraq öldürüb.
Onlardan biri Salyan sakini, 45 yaşlı Anar Hüseynqulu oğlu Bayramovdur. Digərinin isə kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.