İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrail və ABŞ-a ünvanlanmış sərt bəyanatla çıxış edib. O bildirib ki, Tehran baş verən hadisələrə cavab verəcək və qarşı tərəf öz addımlarına görə peşman olacaq.
KONKRET.az xəbər verir ki, Laricani deyib: “Sionist cinayətkarları və həyasız amerikalıları etdiklərinə görə peşman edəcəyik. İranın igid əsgərləri və böyük xalqı cəhənnəmi xatırladan beynəlxalq zülmkarlarına unudulmaz dərs verəcək.”
Rəsmi Tehran regionda davam edən hərbi qarşıdurma fonunda mövqeyinin dəyişməz olduğunu vurğulayır və qarşı tərəfi məsuliyyətli davranmağa çağırır.
Natiq Səlim,
KONKRET.az
