Elmi olaraq sübut edildi: Zəncəfil şəkər xəstələrinə fayda verə bilər!backend

Elmi olaraq sübut edildi: Zəncəfil şəkər xəstələrinə fayda verə bilər!

ABŞ-da aparılan geniş araşdırma zəncəfilin 2-ci tip şəkər xəstəliyi, iltihab və hamiləlikdə ürəkbulanma problemlərinə qarşı faydalı ola biləcəyini göstərib.

KONKRET.az pravda.az-a istinadən bildirir ki, zəncəfilin qan şəkərinin tənzimlənməsində və iltihabın azalmasında təsirli olduğu da qeyd olunur.

Araşdırmaya görə, zəncəfil 2-ci tip diabet xəstələrində həm aclıq qan şəkərini, həm də HbA1c göstəricilərini aşağı salır, eyni zamanda antioksidant təsiri artırır.

Hamiləlikdə bulantıya qarşı

Tədqiqat zəncəfilin hamiləlik dövründə tez-tez rast gəlinən ürəkbulanmanı yüngülləşdirdiyini də üzə çıxarıb. Lakin qusmaların qarşısını almaqda təsiri zəif olub. Bəzi hallarda isə B6 vitamini bulantı və qusmanın qarşısını almaqda zəncəfildən daha təsirli hesab edilib.

Mütəxəssislərdən xəbərdarlıq

Alimlər bildirirlər ki, zəncəfil 2-ci tip diabetin müalicəsində dəstəkçi rol oynaya bilər, amma dərmanlarla birlikdə istifadədə ehtiyatlı olmaq lazımdır. Gündəlik qəbul miqdarı adətən 1–3 qram arasında dəyişsə də, dəqiq standart doza müəyyən olunmayıb.

Xəbərdarlıq: Zəncəfil faydalı olsa da, həkim məsləhəti olmadan müalicə əvəzi kimi istifadə edilməməlidir və daha genişmiqyaslı klinik araşdırmalara ehtiyac var.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*