Elon Mask yenidən “dəli rejim”ə keçdi – Zavodda yatır, 24 saat işləyirbackend

Elon Mask yenidən “dəli rejim”ə keçdi – Zavodda yatır, 24 saat işləyir

Amerikalı milyarder və Tesla, X və xAI şirkətlərinin qurucusu Elon Mask iş rejimini yenidən sərtləşdirib.

KONKRET.az xəbər verir ki, o, bildirib ki, yenə də sutkanın 24 saatını işə həsr edir, server otaqlarında, konfrans zallarında və zavodda yatır.

Mask hazırda əsas diqqətini Tesla, süni intellekt sahəsində fəaliyyət göstərən xAI və sosial platforma X-ə yönəldib. “Görünür, X/xAI və Tesla ilə bağlı çox ciddi fokuslanmışam”, – deyə milyarder qeyd edib.

Xatırladaq ki, Elon Mask daha əvvəl də bu cür ekstremal iş rejimi ilə gündəmə gəlmişdi – o, SpaceX və Tesla-nın ilkin dövrlərində dəfələrlə zavodda gecələdiyini etiraf etmişdi.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*