Avropada yaşayan jurnalist Emin Milli Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin qəbulunda olub.
KONKRET.az-ın xəbərinə görə, bu barədə E.Milli özü məlumat yayıb.
O, görüşdən məmnun olduğunu bildirib: “Görüş zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, Orta Dəhlizin potensialı və beynəlxalq aləmdə baş verən son hadisələr ətrafında maraqlı fikir mübadiləsi apardıq”.
