Ər arvadını qısqanclıq zəminində bıçaqladıbackend

Ər arvadını qısqanclıq zəminində bıçaqladı

Avqustun 15-də saat 6 radələrində Abşeron rayon sakini Şəhanə Məmmədova bıçaqlanaraq xəsarətlər alıb.

Abşeron rayon prokurorluğundan KONKRET.az-a verilən məlumata görə, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri Baba Məmmədovun qısqanclıq zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Şəhanə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Baba Məmmədov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*