Türkiyə Suriyanın bölünməsinə icazə verməyəcək, həmçinin vətənlərinə qayıtmaq istəyən ölkə vətəndaşlarına qarşı təxribatları dayandırmaq niyyətindədir.
KONKRET.az TRT Haberə istinadən bildirib ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Biz bütün siyasi, diplomatik, iqtisadi və hərbi potensialımızla Suriya xalqının azadlığına, yeni Suriya administrasiyasının sabitliyinə və qədim Suriya torpaqlarının bütövlüyü üçün hər hansı hücuma qarşı birlikdə olacağıq”, – deyə Türkiyə lideri bildirib.
Ərdoğan əlavə edib ki, hadisələrdə Türkiyə müşahidəçi mövqe tutmayacaq.
Vəli Həsənoğlu,
KONKRET.az