Ərdoğan: Əsir mübadiləsi sülhə aparan yolun açarıdırbackend

Ərdoğan: Əsir mübadiləsi sülhə aparan yolun açarıdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında əsir mübadiləsini tərəflər arasında etimadın möhkəmləndirilməsi üçün mühüm addım kimi qiymətləndirib.

KONKRET.az xəbər verir ki, o bildirib ki, Türkiyə münaqişənin sülh yolu ilə həlli üçün səylərini davam etdirir və bu istiqamətdə atılan hər bir addım dəyərlidir.

Ərdoğanın sözlərinə görə, İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında aparılan danışıqlarda əsir mübadiləsi məsələsi də gündəmdə olub və bu cür humanitar təşəbbüslər müharibəyə son qoymaq üçün yaranan fürsətlərin qiymətləndirilməsinin vacibliyini göstərir.

Türkiyə lideri həmçinin vurğulayıb ki, Ankara regionda sülhün və sabitliyin bərpası üçün vasitəçilik səylərini davam etdirəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*