backend

Ərdoğan "Made in Turkey" yazısından əsəbləşdi - FOTO

Türkiyənin yerli və milli istehsalı olan avtomobil ictimaiyyətə təqdim olunub.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, ölkənin yerli istehsalını Prezident Rəcəb Tayyib Ərdoğan təqdim edib. Ədoğan 5 fərqli modeldə istehsal olunacaq avtomobili idarə edib.

Avtomobilin özəlliyi onda holoqrafik köməkçi texnologiyasının mövcud olmasıdır. Bu texnologiya ilə yolun detalları, tıxaclar, körpülər şüalar vasitəsilə birbaşa sürücünün gözünə ötürüləcək. Sürücü yola baxarkən bu xəbərdarlıqları görə biləcək. Holoqrafik köməkçi texnologiyası dünyada ilk dəfə olaraq tətbiq olunur.

Mərasimdə Prezident Rəcəb Tayyib Ərdoğanı əsəbləşdirən məqam da olub. Belə ki, təqdimat zamanı ekranda “Made in Turkey” yazılması dövlət başçısını özündən çıxarıb. O, dərhal yazının “Made in Türkiye” şəklində düzəldilməsini tələb edib.

Hazırladı: Günel MUSEYİB

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*