Ərdoğan Suriyaya nə vaxt gedəcək?backend

Ərdoğan Suriyaya nə vaxt gedəcək?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan ayı başlamazdan əvvəl Suriyaya səfər edə bilər.

KONKRET.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Məlumata görə, Ərdoğan Ankarada keçiriləcək danışıqlar zamanı Suriyanın keçid dövrünün Prezidenti Əhməd əş-Şaradan Suriyaya səfər dəvəti alacaq.

Əhməd əş-Şara 4-5 fevralda Türkiyədə səfərdə olacaq.

Qeyd edək ki, Ramazan ayı 28 fevralda başlayır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*