Ərdoğandan ABŞ ilə bağlı önəmli AÇIQLAMAbackend

Ərdoğandan ABŞ ilə bağlı önəmli AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə apardığı danışıqlarda müdafiə sənayesi sahəsində birgə layihələrin perspektivlərini müzakirə etdiklərini açıqlayıb.

KONKRET.az xəbər verir ki, Prezident bildirib ki, tərəflər arasında xüsusilə gəmiqayırma sahəsində əməkdaşlıq imkanları ətraflı şəkildə nəzərdən keçirilib:

“Biz hətta Türkiyənin müdafiə sənayesi sahəsində Amerikaya doğru addımlar atması imkanını da müzakirə etdik. Bu, nələr ola bilər? Müdafiə sənayesi, xüsusilə gəmiqayırma sahəsində bu mövzuları müzakirə etdik və ümid edirik ki, sürətli addımlar atacağıq. Söhbət freqatlar, korvetlər, sualtı qayıqlardan gedir. Biz bunların hamısını müzakirə etdik və Türkiyənin bunu edib-edə bilməyəcəyini dəyərləndirdik”.

Ərdoğan Türkiyənin bu cür texnoloji və hərbi gəmiləri öz tərsanələrində istehsal etmək gücünə və imkanına sahib olduğunu xüsusilə vurğulayıb. Qeyd edək ki, Ankarada keçirilən NATO sammiti çərçivəsində tərəflər arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın yenidən canlandırılması, o cümlədən F-35 proqramına qayıdış və sanksiyaların ləğvi ilə bağlı müzakirələr əsas gündəm maddələrindən olub.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*