Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın növbəti dəfə prezidentliyə namizədliyi üçün Konstitusiyanın dəyişdirilməsinə ehtiyac yoxdur.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin müşaviri Mehmet Uçlum açıqlama verib.
Onun sözlərinə görə, əgər 2027-ci ilin üçüncü rübünün sonunda və ya 2028-ci ilin əvvəlində Türkiyə Böyük Millət Məclisi (TBMM) 360 və ya daha çox səslə növbədənkənar seçki qərarı qəbul edərsə və Ərdoğan bu qərara əsasən namizədliyini irəli sürməyə razı olsa, bu, tam hüquqi əsasla həyata keçirilə bilər.
“Yeni Konstitusiyaya ehtiyac yoxdur. Hazırkı qanunvericilik prezidentə bir dəfə də namizədliyini irəli sürmək imkanı verir. Əgər parlament seçkilərin təkrarlanmasına qərar versə, bu hüquqdan istifadə mümkündür,” – deyə Uçlum vurğulayıb.
Natiq Səlim,
KONKRET.az