Ərini qısqanan qadın qonşusunun başını daşla əzərək öldürdübackend

Ərini qısqanan qadın qonşusunun başını daşla əzərək öldürdü

Türkiyədə həyat yoldaşını qısqanan qadın qonşusunun başını daşla əzərək qətlə yetirib.

KONKRET.az xəbər verir ki, Mersində bir quyuda əlləri arxadan iplə bağlanılmış və başı daşla əzilmiş şəkildə meyti tapılan Berrin Dalyanoğlunun qonşusu tərəfindən qətlə yetirildiyi müəyyən olunub.

Qadının ölümü ilə bağlı axtarışa başlayan polislər Berrin Dalyanoğlunun əllərinin bağlandığı ipin bir hissəsini A.İ-nın evinin önündə tapıblar.

A.İ və onun həyat yoldaşı E.İ polis bölməsinə aparılıb. E.İ ifadəsində Berrin Dalyanoğlunu həyat yoldaşından qısqandığı üçün öldürüdüyünü etiraf edib.

Berrin Dalyanoğlunun ölümü ilə bağlı axtarış davam edir.

sonxeber.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*