“Ovik Ağazaryanın mandatının əlindən alınması tələbinin baş nazirin həyat yoldaşı Anna Akopyan tərəfindən irəli sürülməsi haqda informasiya yalandır. Guya o, israr edib ki, Ovik Ağazaryan istənilən halda mandatından məhrum edilməlidir”.
KONKRET.az xəbər verir ki, bunu “Vətəndaş müqaviləsi” partiyasının deputatı, Anna Akopyanın qardaşı Qraçya Akopyan deyib.
“Xanım Anna Akopyan “Mənim addımım” fondunda işləyir. Bu, heç bir şəkildə hakim partiya və ya hakim fraksiya ilə əlaqəli deyil. Bunlar tamam başqa işlərdir. Sizi əmin edirəm ki, xanım Anna Akopyan tərəfindən belə tələb olmayıb. Ümumiyyətlə, o, siyasətlə çox az maraqlanır”, – deyə Qraçya Akopyan bildirib.
Deputat qarşıdan gələn seçkilərdə “Vətəndaş müqaviləsi” partiyasının siyahısına Anna Akopyanın başçılıq edəcəyi xəbərinə də münasibət bildirib:
“Çox şey deyirlər. Məni siqaret qaçaqmalçılığında da ittiham etdilər. Və bütün məhkəmələrdə qalib gəldim, hətta məndən üzr də istədilər”.
Günel Mikayılova,
KONKRET.az