Erməni müxalifəti parlamentin iclasını boykot etdi – Videobackend

Erməni müxalifəti parlamentin iclasını boykot etdi - Video

İyunun 16-da Ermənistan müxalifəti parlamentin son dörd günlük iclasında iştirakdan imtina edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, iclas yalnız hakim Mülki Müqavilə fraksiyasının deputatlarının iştirakı ilə keçirilib.

Ermənistan Baş naziri Nikol Paşinyan da iclasda iştirak edib.

Parlamentin iclas zalında müxalifət fraksiyası üçün ayrılmış yerlərdə Qarabağdakı keçmiş separatçı rejimin əski parçasının yer alması diqqətdən yayınmayıb.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkinin nəticələrinə əsasən, hakim Mülki Müqavilə Partiyası səslərin 49,74 faizini toplayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*