Erməni terrorunun xronologiyası – GÜNBƏGÜNbackend

Erməni terrorunun xronologiyası - GÜNBƏGÜN

Ermənilərin illər boyu xalqımıza qarşı törətdiyi silsilə cinayətlər və terrorçuluq fəaliyyəti barədə ümumi məlumatlar olsa da, təəssüf ki, bu informasiyaların kütləvi şəkildə ictimailəşərək hər kəsə çatdırılması istiqamətindəki səylərimiz kifayət qədər deyil.

Mığrı türk tayfasından olan Böyük Alban hökmdarı Cavanşirin 681-ci ildə zəhərlənməsindən başlayaraq, onun varisi Şeruya və onun yaxın adamlarına qarşı qətllər törədən erməni terrorçuları öz mənfur əməllərinə fasilə vermədən dəhşətli qətllər törədiblər.

Təkcə 1970-1980-ci illərdə türk səfirliyi əməkdaşlarına və türklərə qarşı 220-də çox terror aktı törətmiş erməni terrorçularının əməllərini faş edən xronologiyanı bilmək, unutmamaq, unutdurmamaq və bütün dünyaya çatdırmaq hər kəsin borcudur.

Ona görə də KONKRET.az olaraq bu gündən etibarən erməni terrorçuları tərəfindən xalqımızın başına gətirilən bütün müsibətləri, yaşadığımız faciələri xatırlatmaq, unutmamaq üçün “Erməni terrorunun xronologiyası” adlı rubrikanı oxucuların ixtiyarına verir.

Oxuyun, yadda saxlayın, yayın!

Yayın ki, müxtəlif zamanlarda erməni terrorunun qurbanlarının ruhu qarşısındakı borcumuzu az da olsa, ödəmiş olaq.

7 oktyabr 1989-cu il

Daşnak terrorçusu Abramyan Artur Artaşoviç Şuşa şəhərini Ağdam şosse yolu ilə birləşdirən Xəlfəliçay üzərindəki Ağa körpüsünü partladıb. Terrorçu həbs olunur, mühakimə edilərək 15 il müddətinə azadlıqdan məhrum edilsə də, sonralar əsir və girovlarla dəyişdirilir.

Xəlfəliçay – ərazisindən keçdiyi Xəlfəli kəndinin adı ilə tanınıb. Xəlfəli kəndi Şuşa rayonu inzibati ərazisinə aid kənd idi. Qarabağda orta əsrlərdə yaşamış Xəlfəli elinin adındandır. Tam adı “Milli Xəlfəli” olan Xəlfəli eli mənbələrdə “Hacılı” tayfasının qollarından biri kimi qeyd olunur. Qarabağ xanı İbrahim xanın qardaşı Mehdiqulu xana mənsub olan bu eldə sonralar 10 yaşayış məntəqəsi yaranmışdı.

Xudaverdi qışlağı,

Xəlfə qışlağı,

Xanlıqpəyə,

Laçınlar,

Zamanpəyə,

Şuşulu,

Mirzələr,

Məmişlər,

Şırran ,

Kosalar.

Sonralar bu kənd Xan qızı Natəvanın idarəçiliyində olub.

1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan bu ərazidə “ASALA” erməni terrorçu təşkilatının radikal qanadı üçün təlim düşərgələri təşkil olunub. (Bax: Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər) Bakı. “Elm” 2008. Səh.268-269)

Abramyan Artur Artaşoviçin özünün barəsində kifayət qədər məlumat olmasa da, onun Qaqik və Ara Arşaviroviç qardaşlarının yaxın qohumu olduğu söylənilir.

Qaqik Abramyan 1956-cı ildə Qərbi Azərbaycanın Dərələyəz mahalı ərazisindəki Yexeqnadzor rayonunda anadan olub. 1990-cı ildən 1999-cu ilə kimi Ermənistan Parlamentində deputat kürsüsündə oturub. 2002-ci ildən 2004-cü il müddətinə kimi Ermənistanın Koreya Respublikasındakı konsulu vəzifəsində çalışıb. 2007-ci ildən təkrarən Ermənistan Parlamentinin deputatıdır. Dövlət-hüquq məsələləri üzrə daimi dövlət komissiyasının üzvüdür. “Ümummilli Erməni Hərəkatının” üzvüdür.

Qardaşı Ara Arvaşiroviç Abramyan 1957-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalı ərazisindəki Yexeqnadzor rayonunda doğulub. 2000-ci ildən “Rusiya Erməniləri İttifaqı”-nın prezidenti və həmçinin YUNESKO-nın xoşməramlı səfiridir.

2012-ci ildən Ara Abramyan Rusiya Federasiyasının Prezidenti yanında Beynəlxalq münasibətlər üzrə məsləhətçi, 2015-ci ildən isə Rusiya Federası Prezidenti yanında Beynəlxalq Münasibətlər üzrə informasiya mübadiləsi məsələləri komissiyasının katibidir. Öz “fəaliyyətinə” görə dəfələrlə Rusiya, Ermənistan, Qondarma Qarabağ Respublikası, Fransa, Argentina və sairə ölkələrin hökümətləri tərəfindən müxtəlif mükafatlar alıb.

Silah alverindən tutmuş, tikinti mafiyası və çirkli pulların yuyulması sahəsində böyük ad çıxarmış Abramyanın həyat yoldaşı Natalya Abramyan hazırda ABŞ vətəndaşıdır və orda yaşayır.

Abramyanın Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu olduğu bildirilir.

2015-ci ilin sentyabr ayının 22-də, Rusiya prezidenti Vladimir Putinin 469 saylı Fərmanı ilə “Dostluq” ordeni mükafatını alıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının baş nazirin birinci müavini Yaqub Abdulla oğlu Eyyubov da məhz həmin Fərmanla bu ordeni alıb.

7 oktyabr 1991-ci il

Daşnak terrorçuları Xocavənd rayonunun Qaradağlı və Əmirallar kəndlərini avtomat silahlardan və raketlərdən atəşə tutublar. Yaşayış evləri dağıntılara məruz qalıb. Qaradağlı kənd sakini Məmməd Mustafayev və Əmirallar kənd sakini Abuzor Mustafayev ağır güllə yarası alıb.

1988-ci ildən mütəmadi olaraq erməni terrorçularının hücumuna məruz qalan Qaradağlı kəndinin başına gələn faciələrə görə, kəndi “İkinci Xocalı” adlandırırlar. 1992-c ilin fevral ayının 17-də erməni silahlıları tərəfindən işğal olunaraq yandırılan Qaradağlı kəndinin 118 sakinindən 54-ü əzab və işgəncələrlə öldürülüb. Öldürülənlərin 10-u qadın, 8-i isə uşaq idi. İki ailənin hər birindən 4 nəfər şəhid olub, 42 ailə başçısını itirib. 140 uşaq yetim qalıb. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 32- yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılıb. 800 nəfər kənd sakini məcburi köçkün düşüb.

Əmralılar kəndi Xocavənd rayonunda, Ağdam-Füzuli şose yolu (Bəzirgan) kənarında Qarabağ silsiləsinin ətəyində yerləşirdi. Yaşayış məntəqəsini “Əmiralı” nəslinə mənsub olan ailələr saldığı üçün belə adlandırılıb.

1992-ci ilin oktyabr ayının 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

C.MƏMMƏDLİ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*