Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir – Protokol yazıldıbackend

Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir - Protokol yazıldı

Ermənistanın Qafan meşə təsərrüfatına daxil olan Çakaten meşəbəyliyi ərazisində qanunsuz ağac kəsimi faktı aşkarlanıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Armenia Today” məlumat yayıb.

Bildirilib ki, ərazidə ekopatrul xidmətinin əməkdaşları tərəfindən yoxlama aparılıb. Yoxlama zamanı hadisə yerində olan iki nəfər kəsilmiş ağacların qanuni mənşəyini təsdiqləyən sənədləri təqdim edə bilməyib.

Aşkarlanan oduncaq mühafizə üçün meşə təsərrüfatına təhvil verilib. Pozuntu törədən şəxslər barəsində protokollar tərtib olunub və ətraf mühitə dəymiş zərər hesablanıb.

Qeyd edək ki, Zəngəzur (Sünik) bölgəsində yerləşən Çakaten kəndi Azərbaycanın Qubadlı rayonunun Eyvazlı kəndi ilə həmsərhəddir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*