“Ermənilər burada məsum görünsələr də, əslində cəllad idilər” – Məhkəmə ifadəsibackend

“Ermənilər burada məsum görünsələr də, əslində cəllad idilər” - Məhkəmə ifadəsi

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən və bəzilərini bu yolla qətlə yetirən erməni silahlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin məhkəməsində zərərçəkmişlər ifadə verib.

KONKRET.az xəbər verir ki, onlar ittihamla razılaşmayaraq özlərini yalnız Azərbaycan dövlət sərhədini pozmaqda günahkar biliblər.

Daha sonra zərərçəkmiş Qərib Vəliyev ifadə verərək Lüdvikin onu döydüyünü bildirib: “1999-cu ildə Goranboy rayonunun Tapqaraqoyunlu kəndində əsir düşdüm. Şuşa türməsinə aparmışdılar. Oradan isə gözlərimi bağlayaraq başqa bir hərbi hissəyə götürdülər. Həmin yerdə Lüdvik var idi və məni görüb soruşdu ki, sən hərbçisən? “Yox” dedim. O, tərcüməçi kimi istifadə olunurdu. Rütbəsi də yox idi. Avtomatın qundağı ilə vururdu məni. Başında “kepka” var idi və hərbi formada idi.

Azərbaycan dilini də çox yaxşı bilir. Əvvəlcə, mənə 3-4 şillə vurdu. Daha sonra dizi ilə qarnıma və sinəmə vurmağa başladı. Elə bilirdilər ki, mən kəşfiyyatçıyam. Amma elə olmadığını dedim. Məni başımda torba ilə gətirəndən sonra dedi ki, bu rayonu tanıyırsan? Sonra Laçın rayonu olduğunu dedi. Azərbaycan dilini necə öyrəndiyini demədi. 1 ay əsirlikdə qaldıq. Qırmızı Xaç Komitəsi ilə görüşdükdən sonra mənə işgəncələr dayandırıldı. Əsirlikdən sonra 20 gün müalicə aldım. Yaddaş pozğunluğu var idi. Həmçinin başımdan travma almışdım”.

Digər zərərçəkmiş Hüseyn Cavid isə bildirib ki, ermənilər burada məsum görünsələr də, əslində cəllad idilər: “Bunlar Şuşa türməsində cəllad idilər. Azərbaycanlılara qarşı hər cür işgəncə edirdilər. Mən 1994-cü ildə Ağdamda döyüş şəraitində əsir düşmüşəm. Əvvəlcə bizi öldürmək istədilər. Sonra əmr gəldi ki, sizi dəyişəcəyik. Ona görə öldürmədilər. Amma işgəncələr davam edirdi. Lüdviki qolundakı döymədən tanıyıram. Orada L.M.N yazılmışdı. Bunu etiraf edə bilər”.

Lüdvik Mkrtiçyan ifadə verərək deyiləni təsdiqləyib: “Bəli, qolumda həmin döymə olub və mənə aiddir. Bunu hardan bildiyini bilmirəm”.

Məhkəmə prosesi 16 iyun saat 14:00-da davam edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*