Mayın 9-u saat 17:40 radələrində Ermənistan Silahlı Qüvvələrinin hərbçiləri Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən mövqelərdən birində təxribat xarakterli hərəkətə əl atıblar.
KONKERT.az Musavat.com xəbər verir ki, hadisə zamanı erməni hərbçilərindən biri səngərin kənarına çıxaraq Azərbaycan əsgərlərinə qarşı nalayiq ifadələr işlədib, təhqiramiz və təhdidedici sözlər səsləndirib.
Lakin Azərbaycan Ordusunun hərbçiləri təmkin nümayiş etdirərək qarşı tərəfin açıq-aşkar təxribat xarakterli bu addımına cavab verməyib, vəziyyəti tam nəzarətdə saxlayıblar.
Qeyd edək ki, ötən həftə də cəbhənin başqa bir istiqamətində bu kimi hal baş vermişdi. Ermənilərin bu cür halları artırmaqları, onların bölgədə qarşıdurma yaratmaq kimi istəyinin hələ də gündəmdə olduğundan xəbər verir.
Görüntüləri təqdim edirik: