“Hraparak” nəşrinin məlumatına görə, Ermənistanda istehsal olunan əriklər İran və Azərbaycan məhsulu adı altında Rusiyaya gətirilib.
KONKRET.az xəbər verir ki, yükdəki qutuların üzəri erməni qəzetləri ilə örtülüb.
Məlumata görə, məhz bu detal Rusiya gömrük əməkdaşlarında şübhə yaradıb. Bundan sonra yük yoxlanılıb və onun Rusiya ərazisinə buraxılmasına icazə verilməyib.
Natiq Səlim,
KONKRET.az
