Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla enerji sahəsində, o cümlədən elektrik enerjisinin ixracı və idxalı istiqamətində tərəfdaşlığın mümkün olduğunu bildirib.
KONKRET.az xəbər verir ki, Paşinyan keçirdiyi brifinqdə azərbaycanlı mütəxəssislərin Ermənistana səfərlər etdiyini təsdiqləyib. Bu barədə daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyev də məlumat vermişdi.
Baş nazirin sözlərinə görə, azərbaycanlı mütəxəssislərin Ermənistana səfərləri 2025-ci ilin sentyabrında və 2026-cı ilin yanvarında baş tutub. Görüşlər zamanı elektrik ötürücü xətləri, dəmir yolu, boru kəmərləri və digər infrastruktur məsələləri müzakirə edilib.
Paşinyan Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılması məsələsinə də toxunub. O bildirib ki, enerji blokunun istismar müddətinin başa çatması yeni məsələ deyil və bu barədə hər kəs məlumatlıdır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
