backend

Ermənistan intihar qərarı verib: Atəşkəsin pozulmasının önəmli səbəbləri var...

Paşinyan hakimiyyəti Cənubi Qafqazda böyük savaş çıxartmaqla, müharibənin əsas ağırlıq mərkəzini Rusiya və Türkiyənin üzərinə yükləməyə can atır… Ermənistanın real və qorxunc itkilərini üzə çıxara biləcəyi üçün humanitar atəşkəs rəsmi İrəvana daxili siyasi qarşıdurma vəd edir… Köçəryan-Sarkisyan cütlüyünün hərəkətə gəlməsi Paşinyan hakimiyyəti üçün Ermənistan ordusuna nəzarətin tamamilə itirilmə təhlükəsi yaradır…

Cənubi Qafqaz savaş poliqonuna çevrilməyə başlayıb. Bu regionda müharibə öz təsir dairəsini böyütməkdədir. Hadisələr demək olar ki, nəzarətdən çıxmaq üzrədir. Bunu son günlər yaşanan hadisələr də sübut edir. Belə ki, Ermənistan bu regionda dövlət terrorizmi əsdirməkdir.

Halbuki cəmisi iki gün əvvəl rəsmi İrəvan “atəşkəs” deyib, dünyanın nəhəng dövlətlərinin ətəyində ağlayırdı, hərbi əməliyyatların dayandırılması üçün yalvarırdı. Fransa prezidenti Emmanuel Makronu dövrəyə soxmuşdu. Rusiyanın vasitəçiliyini tələb edirdi.

Nəhayət, nəhəng dövlətlər Ermənistanın göz yaşlarını silmək qərarı verdilər. Belə ki, əvvəlcə Cenevrədə ATƏT-in Minsk Qrupu həmsədrlərinin təmsilçiləri və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında müzakirələr oldu. Ardınca isə xarici işlər naziri Ceyhun Bayramov Moskvaya səfər etdi.

Məsələ ondadır ki, Minsk Qrupunun həmsədri olan Rusiyanın prezidenti Vladimir Putin münaqişə tərəflərinin xarici işlər nazirlərini Moskvaya dəvət etmişdi. Kreml sahibi münaqişə tərəflərinin müvəqqəti humanitar atəşkəs elan etməsinin, döyüş meydanında qalan meyitlərin dəyişdirilməsinin vacibliyini vurğulamışdı.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə həmin görüş baş tutdu və 11 saata yaxın davam etdi. Münaqişə tərəfləri humanitar atəşkəsin elan olunması barədə razılığa gəldilər. Anlaşmanın qarantı rolunda isə Rusiya çıxış etmiş oldu.

Bura qədər hər şey anlaşılandır. Çünki Ermənistan savaş meydanında məğlub durumdaydı, Azərbaycan ordusunun qarşısında tab gətirə bilmirdi və bu səbəbdən də ağlayıb, sızlayıb, yalvarıb atəşkəs istəyirdi. Savaş meydanında üstün durumda olan Azərbaycana isə atəşkəs ümumiyyətlə, sərf etmirdi. Ancaq buna baxmayaraq, rəsmi Bakı humanizm göstərərək, müvəqqəti atəşkəsə razılaşdı.

Məhz bundan sonrası anlaşılmazdır. Çünki Ermənistan atəşkəsin qüvvəyə mindiyi andan cəmisi 10-15 dəqiqə keçməmiş anlaşmanı kobud şəkildə pozdu və bu müddət ərzində atəşkəs rejiminə məhəl qoymadı.

Sonrakı saatlarda isə Ermənistanın davranışları sivil dünya normalarından ümumiyyətlə, uzaqlaşdı. Mülki yaşayış məntəqələrini vurmağa başladılar və buna israrla davam etdilər.

Bu gecə etdikləri isə ümumiyyətlə, barbarlığın ən bariz nümunəsidir. Belə ki,  Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə raket zərbələri endirdilər. Mülki şəxslər – uşaqlar, qadınlar həlak oldu, çoxlu sayda dinc sakin yaralandı.

Bəs, bunlar atəşkəs istəyirdilər, axı… Atəşkəs elan edildikdən sonra Gəncənin və digər mülki yaşayış məskənlərinin vurulmasının səbəbi nədir?

Fikrimcə, bunun çeşidli səbəbləri ola bilər və onların hər birisi paralel şəkildə aktualdır. Onlardan yalnız bir neçəsinə diqqət yetirək…

Birincisi Ermənistan “atəşkəs” anlayışını, deyəsən, təktərəfli qəbul edir. Yəni, rəsmi İrəvan öz dar düşüncəsi ilə hesab edir ki, atəşkəs anlaşması yalnız Azərbaycana aiddir. Azərbaycan atəşkəs rejiminə riayət etməli, Ermənistan isə rahatlıqla istədiyi yerə atəş açmalıdır.

Belə anlaşılır ki, rəsmi İrəvan üçün atəşkəs Azərbaycanın əlinin-qolunun bağlanması və Ermənistanın isə bundan istifadə edib, itirilmiş döyüş mövqelərini geri alması üçün şans kimi dəyərləndirir. Atəşkəsin elan olunmasından sonra Ermənistan ordusunun hücuma keçməyə cəhd göstərməsi də buna inandırıcı görüntülər verir.

İkinci səbəb kimi rəsmi İrəvanın müharibənin indiki geopolitik şərtlər daxilində davam edəcəyi təqdirdə, Ermənistanın biabırçı məğlubiyyətə uğramasının qaçılmazlığını anlamasını göstərmək olar. Ona görə də, Ermənistan öz ərazisindən Azərbaycanın iri şəhərlərini, o cümlədən də Gəncəni raket atəşinə tutur. Əsas hədəf Azərbaycanın Ermənistan ərazisinə cavab zərbəsinə nail olmaqdır.

Bunun baş verəcəyi təqdirdə, rəsmi İrəvanın sonrakı davranışları indidən məlumdur. Dərhal hay-küy salacaq ki, Azərbaycan Ermənistanı vurdu, KTMT çərçivəsində qarşılıqlı hərbi yardım öhdəliyi mütləq tətbiq olunmalıdır.

Xatırladaq ki, savaşın başladığı ilk gündən rəsmi İrəvan bu öhdəliyin tətbiqinə can atır və hətta Rusiyanı siyasi şantaja məruz qoyur. Həmin şantajların qarşısında hətta Rusiya prezidenti Vladimir Putin “Hərbi əməliyyatlar Ermənistan ərazisində getmir” açıqlamasına məcbur qalmışdı. Onun mətbuat katibi Dmitri Peskov isə “KTMT-nin Dağlıq Qarabağ qarşısında heç bir öhdəliyi yoxdur” deyə vurğulamalı olmuşdu.

Ancaq rəsmi İrəvan Rusiyanı bu savaşa bulaşdırmağa cəhd göstərməkdə israrlıdır. Nəyin bahasına olursa-olsun, buna nail olmağa can atır.

Məsələ ondadır ki, Rusiyanın müdaxilə edəcəyi təqdirdə, Türkiyənin də seyirçi qalmayacağı qənaətindədir. Beləliklə də iki nəhəng dövləti savaş meydanında üz-üzə gətirib, müharibənin bütün ağırlığını onların üzərinə yükləməyə çalışır.

Yəni Ermənistan özünün əvəzinə, məğlub durumda olduğu savaşda Rusiyanın vuruşmasını istəyir. Üstəlik, buna nail olacağı təqdirdə, NATO-nun da hərəkətə gələ biləcəyini, nəhəng qarışıqlığın olacağını da hesaba qatır. Yəni, ötən əsrin 90-cı illərində olduğu kimi, yenə də “bulanıq suda balıq tuta biləcəyinə” ümid bəsləyir.

Daha bir səbəb Ermənistanda yaranmış daxili vəziyyət ilə bağlıdır. Belə ki, Ermənistanın hazırda daxili siyasi parçalanma mərhələsinə girdiyi qətiyyən şübhə doğurmur. Paşinyan hakimiyyətinin siyasi mövqeləri ciddi şəkildə laxlayıb. Və tezliklə devrilə biləcəyi qətiyyən istisna deyil.

Təbii ki, belə vəziyyətdə məhz humanitar atəşkəs rejiminin şərtlərinə əməl olunması Paşinyan hakimiyyəti üçün siyasi intihara bərabər addım olardı. Çünki bu halda, Ermənistan ərazisinə minlərlə cəsəd aparmaq lazım gələcək. Və bu, Ermənistanı bir anın içərisində qarışdıra bilər. Bunu son günlər Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətinin xalqı aldatması, real itkiləri gizlətməsi barədə səsləndirilən sərt ittihamlar da təsdiqləyir.

Nəhayət, daha bir önəmli səbəb Paşinyan hakimiyyətinin siyasi rəqiblərinin artıq fəallaşmağa başlaması ilə bağlı ola bilər. Belə ki, Köçəryan-Sarkisyan çütlüyünün artıq hərəkətə keçdiyi müşahidə edilir. Onların Dağlıq Qarabağa son gedişləri də Ermənistan cəmiyyətinə yönəlik mesaj rolunu oynayır. Onlar Ermənistanı düşdüyü durumdan çıxartmaq üçün cəhd etməyə hazır olduqlarını demək istəyirlər.

Eyni zamanda, Ermənistan ordusunun da məhz Köçəryan-Sarkisyan çütlüyünə daha yaxın olduğu qətiyyən şübhə doğurmur. Yəni, Paşinyan hakimiyyətinin Ermənistan ordusuna tam nəzarət edə bildiyini düşünmək sadəlövhlük olardı.

Bütün bunlar onu göstərir ki, Ermənistan ilə sülh danışıqları boşuna zaman itkisindən başqa bir şey deyil. Bu barbar ölkə humanitar atəşkəsi Gəncəni və digər iri şəhərləri raket atəşinə tutmaqla, dinc insanları qətlə yetirməklə pozaraq, sülh danışıqları üçün adekvat olmadığını növbəti dəfə göstərdi. Paşinyan hakimiyyəti humanitar atəşkəs anlaşmasından yalnız öz xain məqsədləri üçün istifadə etdi.

Bütün bunlardan çıxan nəticə isə çox sadədir. Ermənistan ilə danışmaq yox, savaşmaq lazımdır. Onları başqa cür başa salmaq mümkün deyil. Ən əsası Ermənistanın çətin vəziyyətə düşərkən tökdüyü göz yaşlarına bundan sonra əhəmiyyət verməyə ehtiyac yoxdur. Çünki erməninin göz yaşları ilə timsahın göz yaşları arasında heç bir fərq mövcud deyil.

Ermənistanın son davranışları isə bu barbar ölkə üçün olduqca baha başa gələ bilər. Paşinyan hakimiyyəti bu terrorçu dövləti tədricən intihara doğru sürükləyir…

Elçin XALİDBƏYLİ,

Siyasi ekspert

“Yeni Müsavat” Media Qrupu

  • Azər
    Oktyabr 11, 2020 - 17:42

    Alçaqlar Azərbaycanı sıxışdırıb ruhdan salmaq istəyirlər. Amma biz mübariz xalqıq.Bizim əzmimizi heç nə qıra bilməz! Bu artıq ölüm dirim müharibəsidir. Biz qondarma terror dövləti olan ermənistanla yanaşı ABŞ Rusiya və Fransa ilə savaşırıq.
    Bu bizim haqq savaşımızdır və son savaşımızdır.Allah bizimlədir. Var olsun Türkiyə Pakistan Israil Ukrayna Əfqanıstan və bizə dəstək olan bütün ölkələr. Qafqazda terrorun kökü kəsilməlidir!

  • Araz
    Oktyabr 12, 2020 - 07:15

    Bizə savaş lazımdır sülh yox. Sülh adı altında yenədə bir neçə il oturub gözləyən deyilik. Sülh olarsa belə – ki buna inanmıram- azərbaycanlılar o ‘ermeni-hay’ terrorçularla helede muxtar respublika adlandırılmış respublika terkşbinde necə yaşayacaq? Yenə xalqı oda atmaq olar bu. Sül yox savaş. Başqa türlü o terrorçu ermenistan Qarabağdan çıxan deyil. Bunu hamı bilir.

Araz üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*