Ermənistan PUA istehsal etmək üçün HƏRƏKƏTƏ KEÇDİbackend

Ermənistan PUA istehsal etmək üçün HƏRƏKƏTƏ KEÇDİ

“Artıq bir sıra şirkətlər öz istehsalı olan və sınaqlardan uğurla keçən pilotsuz uçuş aparatlarını (PUA) hökumətə təqdim ediblər. Lakin hazırda şirkətlərlə kütləvi istehsalla bağlı müqavilə bağlanmadığından təkliflər Müdafiə Nazirliyinə verilməyib”.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan mətbuatına ölkənin yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyan deyib və vurğulayıb ki, erməni PUA-larının yaradılması üzərində iş uzun müddətdir ki, davam edir.

“Bu məsələdə biz işin son mərhələsinə yaxınlaşırıq. Bəzi şirkətlərdə artıq dövlət sınaqlarından uğurla keçmiş hazır məhsullar var”, – Xaçaturyan bildirib.

Onun sözlərinə görə, söhbət bütün növ PUA-lardan, o cümlədən hərbi vəziyyətlərdə istifadə olunanlardan, məsələn, kamikadze tipli pilotsuz təyyarələrdən gedir. O qeyd edib ki, dövlət müdafiə  ehtiyacları üçün bu şirkətlərin məhsullarını almağa hazırdır.

Eyni zamanda, Xaçaturyan Ermənistan PUA-larının ölkə silahlı qüvvələrinin silah-sursat arsenalına nə vaxt daxil ediləcəyinə dair konkret tarixləri açıqlamaqdan imtina edib. Nazir izah edib ki, inkişafın birinci mərhələsində onlar sınaqdan keçirilir, daha sonra dövlət sınaqlarından keçirilir və yalnız Müdafiə Nazirliyinin təsdiqindən sonra kütləvi istehsal üçün müqavilə bağlanır.

Bir sıra problemlər aşkar olunduğundan məhsulları dövlət sınaqlarından keçən şirkətlərlə hələ ki  müqavilə bağlanmayıb və şirkətlər onları həll edir.

Nazir qeyd edib ki, hədəfi vura bilən PUA-larla yanaşı, pilotsuz uçuş aparatları əleyhinə sistemlərin hazırlanması da vacibdir.

Xaçaturyan qeyd edib ki, erməni mühəndislər bu istiqamətdə işləyirlər, artıq müvafiq avadanlıq da alınıb.

Vaaqn Xaçaturyan hesab edir ki, Ermənistan güclü pilotsuz uçuş aparatlarının istehsalı üçün lazımi potensiala malikdir. Modern.az

  • Elcin
    Yanvar 20, 2022 - 20:06

    Ermenistan demir yolu cekmeye ucun bu degige pul dilenir)! Indide pua eshgine dushub)!

  • POLADOV
    Yanvar 21, 2022 - 00:01

    Onlaın pilotsuzlarını biz muharibə vaxtı ,şəhid gizir atıcımız OSV 96 VURDU,daş onların silahlarınında özlərinində,onlar şərəfsiz gədədirlər

  • Eldar Musayev
    Yanvar 21, 2022 - 07:55

    Texminen 30 il bundan evvel, xerçeng xesteliyinin müalicesini de “tapmışdılar”. Dermanın da adı Armenikum idi. -)))

Elcin üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*