Ermənistan və Azərbaycan nümayəndələri sabah İrəvanda görüşəcəkbackend

Ermənistan və Azərbaycan nümayəndələri sabah İrəvanda görüşəcək

Oktyabrın 21-22-də İrəvanda Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Siyasətinin Tədqiqatları Mərkəzi bəyanat yayıb.

Müzakirələr zamanı digər məsələlərlə yanaşı, avqustun 8-də Vaşinqtonda keçirilən görüşdən sonra formalaşmış sülh gündəliyi, iki cəmiyyət arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üzrə tədbirlər, Cənubi Qafqazda sabit iqtisadi əməkdaşlığın formalaşdırılmasının mümkün yolları, o cümlədən iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivləri müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*