Ermənistanda ipoteka rəsmiləşməsində notariusdan istifadə olunmayacaqbackend

Ermənistanda ipoteka rəsmiləşməsində notariusdan istifadə olunmayacaq

Ermənistan hökuməti iyulun 23-də daşınmaz əmlakın alqı-satqı və ipoteka müqavilələrinin, habelə tikilməkdə olan mənzilin ipoteka ilə alınması müqavilələrinin elektron qaydada rəsmiləşdirilməsi mexanizmini təsdiqləyib.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu dəyişikliyə əsasən əqdlər Kadastr Komitəsinin elektron platformasında bağlanacaq. Bununla yanaşı yalnız hökumət tərəfindən təsdiqlənmiş nümunəvi müqavilələrdən istifadə oluna biləcək. Eləcə də nəzərdə tutulan hallarda notariat təsdiqi artıq tələb olunmayacaq.

Eyni zamanda Dövlət Reyestrinə ərizələri yalnız bank və ya ipoteka kredit təşkilatı verəcək və sənədlər elektron rəqəmsal imza ilə imzalanacaq.

Kadastr Komitəsinin sədri Suren Tovmasyan bildirib ki, alıcılar bu cür əqdləri həm Ermənistandan, həm də xaricdən məsafədən bağlaya biləcək, notariusu şəxsən ziyarət etmək və ya etibarnamə tərtib etmək zərurəti olmadan.

Baş nazirin müavini Tiqran Xaçatryan qeyd edib ki, bu qərar həm əqdlərin rəsmiləşdirilməsi prosedurunu sadələşdirir, həm də dövlət rəqəmsal xidmətlərinin inkişafı sayəsində mümkün olub.

Yeni qaydalar Dövlət Reyestrinin elektron sisteminin zəruri funksionallığı işə salındıqdan sonra qüvvəyə minəcək, lakin qərarların rəsmi dərc edilməsindən altı aydan gec olmayaraq. Beləliklə, qərar yaxın vaxtlarda dərc olunarsa, o, 2027-ci ilin yanvarının sonundan gec olmayaraq qüvvəyə minməlidir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*