Ermənistanda kişi iki gənci bıçaqlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə avqustun 9-da şəxsi münaqişə zəminində baş verib.
KONKRET.az xəbər verir ki, Nor Kyanq kəndinin 24 yaşlı sakini Aralez kəndinin 21 və 20 yaşlı sakinlərini bıçaqla yaralayıb.
Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların həyatına təhlükə olmadığı bildirilir.
Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışını davam etdirir.
Rəsmiyyə Şərifova,
KONKRET.az
